Səhiyyə naziri Almaniya nümayəndə heyəti ilə görüşmüşdür

Aprelin 22-də səhiyyə naziri Oqtay Şirəliyev Bavariya Federal Torpağının federal və Avropa məsələləri üzrə dövlət naziri Emilia Müllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
O.Şirəliyev Almaniya ilə ölkəmiz arasında hər sahədə, o cümlədən səhiyyədə əməkdaşlıqdan məmnunluqla danışmışdır.
Almaniya ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri çərçivəsində Berlinin "Vivantes" Tibb Şəbəkəsi və Turingiyanın Yena Universitet klinikasında azərbaycanlı həkimlər təkmilləşmə kurslarında iştirak etmişlər.
Nazir son illər ərzində ölkədə yeni tikilmiş və ya təmir olunmuş 300-dən artıq tibb müəssisələrinin əsasən Almaniya istehsalı olan tibbi avadanlıqla təchiz edildiyini, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin Almaniya istehsalı olan "Mercedes" markalı maşınlarla təmin olduğunu bildirmişdir. Həmçinin ikitərəfli əməkdaşlığın nəticəsi kimi almaniyalı mütəxəssislərin də Azərbaycanın müxtəlif klinikalarında müxtəlif cərrahi əməliyyatları həyata keçirdiklərini qeyd etmişdir.
Emilia Müller Azərbaycan səhiyyəsinə dair onu maraqlandıran bir sıra mövzulara toxunmuş və gələcəkdə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında