O, həmişə xatırlanacaq…

Görkəmli alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə Mərkəzi Klinikada geniş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan klinikanın baş direktoru İxtiyar Sultanov görkəmli alimin  həyat və elmi fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. Direktor bildirib ki, akademik Zərifə Əliyeva tibb elminin, xüsusilə oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş ittifaq məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmış, elmi-pedaqoji və ictimai fəaliyyəti yeni həkim nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təkan verib.

Məruzə ilə çıxış edən xəstəxananın aparıcı oftalmoloqu Arzu Eyvazova akademik Zərifə Əliyevanın elmə verdiyi töhfələr, o cümlədən görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələr və tibb sahəsində əldə etdiyi uğurlara görə ona keçmiş SSRİ-də yüksək mükafat olan akademik M.İ. Averbax adına mükafata layiq görülən ilk alim qadın olmasından ətraflı bəhs edib. Xəstəxananın məsul işçisi Nigar İsmayılova vaxtilə görkəmli alimin rəhbərlik etdiyi kollektivdə fəaliyyət göstərməsi, yüksək təşkilatçılıq qabiliyyəti, səmimiyyəti və insanlara qarşı xeyirxahlığı ilə bağlı xatirələrini toplantı iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda görkəmli alimin həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında