Diqqət: Ürəyiniz dayana bilər...

Danimarkada aparılan bir araşdırma ağrıkəsici dərmanların zərərli olduğunu üzə çıxarıb. Belə ki, tez-tez istifadə edilən və çox vaxt zərərsiz hesab edilən bu dərman preparatları ürəyin dayanması riskini artırır. “European Heart Journal-Cardiovascular Pharmacotherapy” jurnalında dərc edilən bir məqalədə ibuprofen, naproksen və diklofenak kimi ağrıkəsicilərin ürəktutma riskini 31 faiz artırdığı bildirilir.

AZƏRTAC “natureworldnews.com” saytına istinadla xəbər verir ki, tədqiqatçılar Danimarkada xəstəxanalardan kənarda ürəktutması olan xəstələr və 1995-ci ildən bəri istifadə edilən ağrıkəsicilərlə bağlı bütün məlumatları toplayıblar. Bundan başqa, xəstəxanadan kənarda ürəyi dayanan 29 minə yaxın xəstə barədə araşdırma aparılıb və məlum olub ki, onlardan 3 min 400-ə yaxını ürəktutmadan bir ay əvvəl ağrıkəsici qəbul edib. Alimlər ağrıkəsicilərin istifadəsi ilə ürəyin dayanması arasında əlaqəni öyrənmək üçün ürəktutmasından öncəki 30 gün ərzində bu dərmanların istifadəsi ilə ürəktutma olmadan bir ay ərzində həmin preparatlardan istifadənin bağlılığını araşdırıblar. Nəticədə ağrıkəsicilərin istifadəsinin 31 faizi ürəyin dayanmasına səbəb olduğu müəyyənləşdirilib. Diklofenak ürək dayanması riskini 50 faiz, ibupofren isə 31 faiz artırır. Naproksenin isə belə riski artırmadığı məlum olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında