Nevroloqların VI konfransının ilk iş günü başa çatıb

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ölkə nevroloqlarının VI konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov nevrologiyanın inkişafında rəhbərlik etdiyi elm müəssisəsinin sinir xəstəlikləri kafedrasının rolundan danışıb.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri, Nevroloqların Milli Assosiasiyasının prezidenti, professor Rəna Şirəliyeva son on ildə nevroloqların I konfransından indiyə qədər mütəmadi keçirilən konfransların bəzilərinin beynəlxalq mütəxəssislərin iştirakı ilə təşkil edildiyini söyləyib. Ayrı-ayrı vaxtlarda Həkimləri Təkmilləşdirmə İnstitutunda sinir xəstəlikləri kafedrasının Nevroloqların Milli Assosiasiyası ilə birgə nevrologiyanın aktual problemlərindən olan dağınıq skleroz, baş ağrıları, insult və s. kimi müxtəlif mövzular üzrə seminarlar, master-klasslar, yay məktəblərinin də keçirdiyini iştirakçıların nəzərinə çatdırıb.

Konfransın ilk gününün birinci hissəsində professor “Dağınıq sklerozun diaqnostikasında çətinliklər və səhvlər” mövzusunda məruzə edib.

Sonra iştirakçılar Azərbaycan Tibb Universitetinin nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalovun irsi xəstəliklərdən olan Hanqtinqton xoreyası, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, professor Əlişir Musayevin işemik insultun müalicə və reabilitasiyasında son elmi nailiyyətlər, Respublika Müalicə Diaqnostika Mərkəzinin radiologiya şöbəsinin müdiri, professor Əhməd Memişin “Epilepsiyanın neyrovizualizasiyasında yeni yanaşmalar” mövzusunda məruzələrini dinləyiblər.

Konfransın birinci hissəsi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sinir xəstəlikləri kafedrasının dosenti Rövşən Həsənovun “Nevroloji praktikada yuxu pozulmalarının diaqnostikasına yanaşmalar” adlı məruzəsi ilə yekunlaşıb.

Konfrans çərçivəsində nevroloji viktorina keçirilib. Viktorinanın qaliblərinə professor R.Şirəliyevanın üç cilddən ibarət “Nevrologiya” kitabı hədiyyə edilib.

Günün ikinci yarısında armudabənzər əzələ sindromunun klinik-nevroloji təzahürü və müasir müalicə üsulları; neonatal qıcolma tutmaları; endoskopik hipofiz cərrahiyyəsi; dağınıq skleroz zamanı xəstəliyin gedişini dəyişən preparatların istifadəsinin ilkin nəticələri və s. mövzularına həsr edilmiş məruzələr dinlənilib.

Bununla da konfransın ilk iş günü başa çatıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında