Tarif Şurası: Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydası dəyişdirilməyib

Bəzi saytlarda dərman vasitələrinin qiymətlərinin yeni qaydada tənzimlənəcəyi barədə həqiqətə uyğun olmayan yanlış məlumatlar yayılır.

Tarif (qiymət) Şurası Katibliyindən AZƏRTAC-a bildirilib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik yoxdur. Şura bir daha xatırladır ki, dərman vasitələrinin qiymətləri “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarına və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq həyata keçirilir. Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydada öz əksini tapan müvafiq əlavələr də nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri təsdiq edilir və bütün ölkə üzrə vahid qiymətlər tətbiq olunur. Dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərində dəyişiklik yalnız Tarif (qiymət) Şurasının qərarı ilə həyata keçirilə bilər.

Tarif (qiymət) Şurası kütləvi informasiya vasitələrinə diqqətli olmağı, məsələnin sosial baxımdan həssaslığını nəzərə alaraq əhali arasında çaşqınlıq yarada biləcək, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyi tövsiyə edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında