Azərbaycan Prezidentinin tapşırığına əsasən fevralın 15-dən mayın 15-dək əhali növbəti pulsuz tibbi müayinədən keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir.

Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.

AZƏRTAC  xəbər verir ki, növbəti tibbi müayinə 2017-ci il fevralın 15-dən mayın 15-dək ölkənin bütün yaşayış məntəqələri üzrə tibb müəssisələrində keçiriləcək.

Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirəcək, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görüləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında