Virus xəstəliklərini aşkarlayan cihaz

Yaponiyada 10 dəqiqəyə insan orqanizimindəki müxtəlif virus və bakteriyaların törətdiyi bu və ya digər fəsadları aşkarlamağa imkan verən 500 qramlıq unikal tibb cihazı yaradılıb. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Qurğunu Yaponiya Milli Sənaye Elmləri və Texnologiyaları İnstitutunun mütəxəssisləri ilə birlikdə hazırlayan “Nihon Itagarasu” şirkətinin rəsmisi deyib ki, bu il cihazın satışına başlamaq nəzərdə tutulur.

Bildirilir ki, hazırda virusun mövcudluğunu aşkarlamaq və tipini müəyyənləşdirmək üçün yalnız ixtisaslaşmış müəssisələrdə olan ağır stasionar avadanlıq tələb olunur. Bu növ prosedurun həyata keçirilməsi üçün hazırda Yaponiyada təxminən 1 saat lazımdır. Şirkət rəsmisi deyib: “Yeni cihaz bunu ağı suyu və qan nümunələri ilə təqribən 10 dəqiqəyə etməyə imkan verir”.

Cihaz ucqar yerlərə asanlıqla çatdırıla, adi poliklinikalarda, yeyinti sənayesi müəssisələrində, təyyarə göyərtələrində, “quş qripi” xəstəliyinin yayılmasında şübhələr yaranan zaman fermer təsərrüfatlarında istifadə edilə bilən xüsusi batareya ilə işləyir.

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında