Kanadalı həkimlər dünyada ilk dəfə xəstənin ağciyərini tamamilə kəsib götürüblər

Kanadalı həkimlər dünyada ilk dəfə ağciyərini zədələyən ağır xəstəlikdən əziyyət çəkən pasiyent üzərində unikal cərrahiyyə əməliyyatı aparıblar.

AZƏRTAC “TSN” saytına istinadla xəbər verir ki, infeksiyanın öhdəsindən gələ bilməyən və donor orqan tapmayan həkimlər radikal addım ataraq, xəstənin zədələnmiş ağciyərinı tamamilə kəsib götürmək qərarına gəliblər.

Otuz iki yaşlı qadın 6 gün süni koma vəziyyətində olub. Bu müddət ərzində onun ağciyəri funksiyasını qanı oksigenlə zənginləşdirən və karbonu kənarlaşdıran texnika yerinə yetirib. Sonra donor orqan tapılıb və həkimlər uğurlu transplantasiya əməliyyatı aparıblar.

Hazırda pasiyent sağalmaq üzrədir. Onu daha bir köçürülmə əməliyyatı gözləyir, çünki xəstəlik böyrəklərini də sıradan çıxarıb. Amma bu dəfə donor tez tapılıb və bir neçə aydan sonra əməliyyat aparmaq planlaşdırılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında