Yeni xidmət vasitəsilə müayinədən keçənlərin sağlamlıq nəticələri anında vətəndaşlara göndərilir

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı “ASAN xidmət” mərkəzlərində yeddi dəqiqəyə 29 (aclıq) və 25 (toxluq) meyarı üzrə müayinədən keçənlərin sağlamlıq nəticələri anında həm SMS həm də e-mail şəklində vətəndaşa göndərilir.

Diaqnostik Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müayinədən keçən hər kəs on illik ürək-damar xəstəlikləri riskinin olub-olmadığını öyrənir, www.saglikliyasamadestek.com portalında onun üçün şəxsi hesab yaradılır və burada tibbi tarixçə yerləşdirilir. Portalda təzyiq, xolesterin, qan şəkəri, bədən analizi, ürək-damar xəstəlikləri riskini qrafik olaraq izləmək, verilən həkim tövsiyələri və müalicənin effektliliyinə nəzarət etmək mümkündür.

Bu xidmət dünyanın istənilən yerində hesab vasitəsilə hər bir vətəndaşın şəxsi tarixçəsi ilə tanış olmaq imkanı verir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında