Bakıda aseptika və dezinfeksiya problemlərinə dair beynəlxalq seminar

Dekabrın 18-də Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda aseptika və dezinfeksiya problemlərinə dair beynəlxalq seminar keçirilmişdir.
Tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyədən və İtaliyadan mütəxəssislər də iştirak etmişlər.
Cərrahiyyə sahəsində çalışan həkimlər və tibb işçilərinin cəlb olunduqları tədbirdə Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsinin müdiri Aynurə İsayeva çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır. Bildirilmişdir ki, xəstəxanalarda hər növ xəstəlik, o cümlədən infeksion xəstəliklər müalicə olunur. Bəzi hallarda xəstəxanaların özü də infeksiya mənbəyinə çevrilir. Şöbə müdiri vurğulamışdır ki, seminar iştirakçıları xəstəxana infeksiyaları ilə mübarizədə dünyada tətbiq olunan yeniliklərlə bağlı məlumatlar əldə edəcək, xarici mütəxəssislər öz təcrübələrini onlarla bölüşəcəklər.
Seminarda "Dezinfektant və dezinfeksiya nədir? Dezinfektantın seçimi və dezinfektantın istifadəsi haqqında praktik məlumatlar nələrdir? Dezinfektant necə seçilməlidir?" mövzusunda məruzə ilə çıxış edən professor Fikriyə Kəskin bildirmişdir ki, xəstəxana və klinika infeksiyaları yalnız inkişaf etməkdə olan deyil, həm də inkişaf etmiş ölkələrin ən böyük problemi olmaqda davam edir. Əvvəllər sadəcə hər hansı bir ölkə və ya bölgələrə xas olan xəstəliklər, indi bütün dünyaya rahatlıqla yayıla bilir. İnfeksiyalarla mübarizə asan iş deyil. Bunun üçün həkimlərin və digər tibb işçilərinin düzgün dezinfeksiya üsullarını bilmələri çox vacibdir. Dezinfeksiyanın əsas məqsədi infeksiyanı yayan əsas obyektləri zərərsizləşdirməkdir. Dezinfeksiyanın bioloji, fiziki və mexaniki üsulları vardır.
Xəstəxana daxilində infeksiyaların sürətlə yayılmasının qarşısının alınması üçün tibb işçilərinin hər xəstə ilə təmasdan əvvəl və sonra əllərini dezinfeksiya etmələri çox vacibdir. Sterilizasiya və dezinfeksiya haqqında nəinki hər bir həkim, hətta hər bir şəxs bilməlidir.
Seminarda türkiyəli mütəxəssis Oğuz Karabayın "Əl gigiyenası və əl dezinfeksiyası, dəri və selikli qişa antiseptikasının əhəmiyyəti nədir" mövzusunda məruzəsi dinlənilmişdir. Natiq qeyd etmişdir ki, əlyuma xəstəxana infeksiyalarının qarşısını almaq üçün əsas tədbirlərdən biridir.
Əlyuma mövzusuna dünyada getdikcə daha çox əhəmiyyət verilir. Hazırda antimikrobial sabunlar, alkoqollu əl təmizləyiciləri, əlyuma maşınları kimi növbənöv metodlar sınaqdan keçirilməkdədir.
Tədbirdə vurğulanmışdır ki, hər bir xəstəxanada müasir sterilizasiya üsullarından istifadə əsas şərtlərdəndir. Çünki köhnə növ sterilizatorlar QİÇS, hepatit C kimi bir çox qorxulu infeksiyaları məhv etmək üçün yararsız sayılır.
Eyni zamanda, tədbirdə xəstəxanalarda, klinikalarda tibbi tullantıların düzgün idarə olunması məsələləri də müzakirə edilmişdir.
Seminarda "İnfeksiyanın idarə edilməsi və dezinfeksiyanın əhəmiyyəti, mövcud vəziyyət və perspektivlər", "Tibbi tullantılar nədir?" və digər mövzularda məruzələr dinlənilmişdir.
Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında