Əczaçılıq şirkətlərinin rəhbərləri güclü təsirə malik dərmanların satışına xüsusi icazə alacaqlar

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsiredici və zəhərli maddələrin topdan və pərakəndə satışına xüsusi icazə almaq istəyən əczaçılıq şirkətləri rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda çıxış edən Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov və Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də bu Qanunla təsdiq olunmuş güclü təsir edən maddələr və zəhərli maddələrin idxalı, saxlanması və satışına olan tələblər barədə ətraflı məlumat veriblər.

Əczaçılıq müəssisələrinin rəhbərləri güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyi tərəfindən rəyin verilməsini istəyiblər.

Toplantıda belə dərman vasitələrinin qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısının hazırlanaraq Analitik Ekspertiza Mərkəzinə və Respublika Narkoloji Mərkəzinə təqdim olunması bildirilib.

Sonda Analitik Ekspertiza Mərkəzinin, Respublika Narkoloji Mərkəzinin, İnnovasiya və Təchizat Mərkəzinin rəhbərləri toplantı iştirakçılarının suallarını cavablandırıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında