Sergey Krasnı: Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün xarici mütəxəssislərə müraciət etməyə ehtiyac yoxdur

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün xarici mütəxəssislərə müraciət etməyə ehtiyac yoxdur.
Bu sözləri dekbarın 11-də Bakıda keçirilmiş Beynəlxalq onkourologiya simpoziumunun iştirakçısı, Belarus Respublikası N.N.Aleksandrov adına Onkoloji Elmi Mərkəzin baş direktorunun müavini Sergey Krasnı AzərTAc-a müsahibəsində demişdir.
Dörd il bundan əvvəl Azərbaycana səfərə gəldiyini bildirən qonaq Azərbaycanda hər sahədə, xüsusilə tibb sahəsində böyük inkişafın şahidi olduğunu vurğulamışdır.
S.Krasnı bildirmişdir ki, bu gün azərbaycanlı mütəxəssislər əhaliyə daha peşəkar tibbi xidmət göstərirlər. Əgər dörd il bundan öncə onlar onkouroloji əməliyyatların həyata keçirilməsini yeni öyrənməyə başlayırdısa, bu gün artıq həmin sahədə böyük uğurlar əldə edilmişdir.
Azərbaycanda Onkoloji Mərkəzin fəaliyyəti ilə tanış olan həkim mərkəzin yüksək standartlara cavab verdiyini demişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında