Onkouroloqların Beynəlxalq simpoziumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər

Dekabrın 11-də Bakıda onkouroloqların Beynəlxalq simpoziumu keçiriləcəkdir.
Simpoziumda yerli həkimlərlə yanaşı, Türkiyədən, Rusiyadan və Belarusdan mütəxəssislər də iştirak edəcəklər.
Dekabrın 10-da simpozium iştirakçıları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçəklər düzmüşlər. Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş türk əsgərlərinin xatirəsinə Şəhidlər Xiyabanında ucaldılmış abidə də ziyarət olunmuşdur.
İştirakçılar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.
Sonra qonaqlar Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktoru, görkəmli alim, akademik Cəmil Əliyev ilə görüşmüşlər.
Mərkəzin fəaliyyəti ilə tanış olan qonaqlara məlumat verilmişdir ki, təməli 2006-cı il iyunun 1-də dövlətimizin başçısının iştirakı ilə qoyulmuş mərkəzin cərrahiyyə korpusu ən müasir üslubda inşa olunmuşdur. 2009-cu il sentyabrın 17-də Prezident İlham Əliyevin iştirakı ilə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışı olmuşdur. Korpusda 190 çarpayılıq 110 palata, 8 əməliyyat, 23 sarğı otağı vardır. Almaniya istehsalı olan yeni avadanlığın quraşdırıldığı ən müasir standartlara uyğun yaradılmış əməliyyat otaqlarında bütün qapılar avtomat üsulla idarə olunur. Paslanmaya, yanğına, rentgen şüalarına davamlı xüsusi metaldan üzlənmiş divarların konstruksiyası maqnit yapışdırılması üsulu ilə hazırlanmışdır. Bu, sterillik üçün çox vacib amildir. Əməliyyat otaqları istiliyin divarlardan verilməsi ilə qızdırılır. Bu nadir metodun tətbiqinə dünyada son vaxtlar başlanmışdır. Bundan əlavə, reanimasiya şöbəsində təcili analizlər aparan laboratoriya da fəaliyyət göstərir.
Müalicə şöbələrindəki palatalarda funksional çarpayılar vardır. Hər bir xəstəyə fərdi tibbi xidmət göstərmək üçün ayrıca lövhələr quraşdırılmışdır. İşıqlandırma, telefon rabitəsi, oksigen qazının verilməsi prosesi bu lövhələrdən idarə edilir.
Qonaqlar mərkəzin fəaliyyətindən məmnun qaldıqlarını bildirmişlər.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında