Azərbaycan ilə Polşa arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev Polşanın səhiyyə nazirinin müavini A.Froncakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
O.Şirəliyev ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, səhiyyə sahəsində də sıx əməkdaşlığın mövcudluğundan, birgə layihələrin uğurundan söz açmışdır. Nazir ölkə başçısının səhiyyə sektoruna olan diqqət və qayğısı sayəsində son illər görülən işlər, aparılan islahatlar, əldə olunan nailiyyətlər, qoyulan investisiyalar nəticəsində istifadəyə verilmiş tibb müəssisələri haqqında qonağa məlumat vermişdir.
Görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq, tərəflər arasında kadr hazırlığına dair məsələlər müzakirə edilmişdir.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qonaq səhiyyənin bütün sahələrində əməkdaşlığa hazır olduqlarını qeyd etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında