San Rafaello klinikası Mərkəzi Neftçilər Xəstəxanası və Diaqnostika Mərkəzi ilə əməkdaşlıq edir

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin ürəyində iki gün öncə aparılan mürəkkəb əməliyyat heç bir fəsad olmadan uğurla tamamlanıb. Bu barədə əməliyyata rəhbərlik edən kardiocərrah Ottavio Alfieri məlumat verib. Milan şəhərinin San Rafaello klinikasında 4 saat müddətində davam edən əməliyyat zamanı 79 yaşlı Berluskoninin ürəyinin aorta qapağı dəyişdirilib. “Nəzərdə tutduğumuz vaxtda həyata keçirilən əməliyyat müvəffəqiyyətlə, heç bir ağırlaşma olmadan başa çatdı. Hazırda xəstə intensiv terapiya şöbəsində yerləşdirilib və biz onun ayılmağını gözləyirik”- deyə Ottavio Alfieri əməliyyat sonrası jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bəyan edib.

Tibb sahəsində çətin və mürəkkəb hesab edilən əməliyyatın icra olunduğu San Rafaello xəstəxanası artıq 10 ildir ki, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) və Respublika Diaqnostika Mərkəzi  ilə yaxından əməkdaşlıq edir. San Rafaello xəstəxanasının həkimləri dəfələrlə MNX-nın Ürək və Damar Xəstəlikləri Mərkəzinin qonağı olmaqla, öz təcrübələrini həmkarları ilə bölüşüblər. Məşhur ürək cərrahı Ottavio Alfieri özü də bir neçə dəfə Mərkəzi Neftçilər Xəstəxanasında olub və burada keçirilən beynəlxalq konfranslarda ürək-damar cərrahiyyəsi sahəsində tətbiq olunan innovativ yeniliklər barədə maraqlı açıqlamalar verib. Bununla yanaşı, Ottavio Alfierinin də daxil olduğu həkim heyəti azərbaycanlı həmkarları ilə birlikdə Bakı şəhərində 350-dən çox mürəkkəb ürək əməliyyatını uğurla icra edib.

Ürək və Damar Xəstəlikləri Mərkəzinə rəhbərlik edən Milli Məclisin üzvü, tibb elmləri doktoru,  Rəşad Mahmudov bildirib ki, azərbaycanlı ürək cərrahları da mütəmadi olaraq İtaliyanın Milan şəhərində yerləşən San Rafaello xəstəxanasında təcrübə mübadiləsi keçirlər. Ürək-damar cərrahiyyəsi sahəsində əldə olunan ən son nailiyyətlərlə yaxından tanış olmaq, cərrahiyyə əməliyyatlarında birbaşa iştirak etmək yerli kardiocərrahlarımızın daha da püxtələşməsində mühüm rol oynayır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında