Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq aparılan əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla yekunlaşıb.

Xatırladaq ki, tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, Suraxanıda yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədən keçməsi ilə bağlı qrafik tərtib olunmuşdu.  

Suraxanının 214400 nəfər əhalisinin və rayonda məskunlaşan 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada həyata keçirilib. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində  müayinə edilib.

Suraxanıda 172 min 789 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. Bu da nəzərdə tutulanların 86,2 faizini təşkil edir.

Tibbi müayinədən keçən 5245 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb, 240 nəfər stasionar müalicəyə cəlb edilib,  256 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

15 nömrəli Birləşmiş  Şəhər Xəstəxanasının (BŞX) baş həkimi Arif Məmmədov bildirib ki, adıçəkilən xəstəxana 2011-cı ildə  əsaslı təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Azərbaycan   Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib.   Əhalinin tibbi müayinədən keçirilməsində əsas məqsəd xəstəliklərin erkən aşkarlanmasıdır. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. İnsanların sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılıb. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunublar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər müayinə ediblər.

Xəstəxanada 25973 nəfər tibbi müayinədən keçib. Onlardan 1542 nəfərində xəstəlik aşkar edilib və 67-si stasionar müalicəyə götürülüb, 119-u isə hospitalizasiya olunub.

Arif Məmmədov məlumat verib ki, əhalinin tibbi müayinəsi dövründə xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar fəaliyyət göstərib. Həmin briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstəriblər. Aşkarlanan xəstəliklər üzrə müalicə kursları təyin edilib.

Qaraçuxur qəsəbəsi ağsaqqallar şurasının sədri  Əlağa Hüseynov 15 nömrəli BŞX-nin  tibbi  heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq edib.

Qəsəbə sakini Türkan Fətullayeva deyib ki, müayinə zamanı   həkimlər və tibb bacılarında insanlara qarşı səmimiyyətin və diqqətin şahidi olub. Belə şərait isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarına olan qayğısının bariz ifadəsidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında