Suraxanıda əhalinin tibbi müayinəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanıda uğurla həyata keçirilir. Rayon icra hakimiyyəti başçısının  3 fevral 2016-cı il tarixli  sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə təşkil edilməsi məqsədilə komissiya yaradılıb, cədvəl tərtib olunub. Rayondakı  4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada bu il fevralın 15-dən tibbi müayinəyə  başlanılıb.

Rayon icra hakimiyyəti başçısının müavini Afət Həsənova bildirib ki, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar möhtərəm dövlət başçımızın xalqımıza göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Qarşıda duran əsas vəzifə də əhalinin tibbi müayinədən keçirilməsini uğurla təmin etməkdir. 

Suraxanıda 214400 nəfər əhalinin və burada məskunlaşan 20296 nəfər məcburi köçkünün tibbi müayinəsinin reallaşdırılması nəzərdə tutulub. İndiyədək rayonda 112297 nəfər vətəndaş və 135- dən çox müəssisənin kollektivi tibbi müayinədən keçib. 169 nəfər stasionar müalicəyə cəlb edilib, 188 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.  

Rayondakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov bildirib ki, bu tibb müəssisəsi 2014-cü ildə  əsaslı təmir olunmaqla müasir avadanlıqlarla təchiz edilib. Tibbi müayinənin  keçirilməsi üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Bu, həm də onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinəyə cəlb olunurlar. Bundan əsas məqsəd isə xəstəliklərin erkən aşkarlanmasıdır.

Azər Məmmədov qeyd edib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən uşaqlara  evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Baş həkim daha sonra vurğulayıb ki, müəssisə 40077  nəfər əhaliyə, o cümlədən  13258  uşağa xidmət edir. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər müayinə edirlər.

Rayon sakinləri Kamil Həsənov və  Mehparə Quliyeva  yuxarıda adıçəkilən xəstəxananın  tibbi  heyətindən, burada yaradılan şəraitdən razılıqlarını  bildirərək, dövlət başçısının bu təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayıblar.  

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında