Nəsimi rayonunda əhalinin tibbi müayinəsi mütəşəkkil davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Nəsimi rayonunda da əhalinin növbəti illik tibbi müayinədən keçirilməsi uğurla davam edir.

Nəsimi Rayon İcra Hakimiyyətində yaradılmış komissiya əhali arasında izahat işləri aparır, kampaniyanın tərtib olunmuş qrafik əsasında mütəşəkkil aparılmasını nəzarətdə saxlayır.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva redaksiyamıza verdiyi məlumatda bildirdi ki, ölkə başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı ənənəvi tapşırığı xalqın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir. Tibb işçilərinin qarşısına qoyulmuş bu məsul vəzifənin layiqincə yerinə yetirilməsi məqsədi ilə rayonumuzdakı səhiyyə müəssisələri yüksək  hazırlıq vəziyyətinə gətirilmişdir. Ərazidəki 4 poliklinikada isə əhalinin kütləvi müayinəsinin ahəngdar aparılması üçün hər cür şərait yaradılmışdır.

5 saylı poliklinikada da sakinlərin tibbi müayinəsi yüksək səviyyədə davam edir. Tibb ocağında əhalinin normal müayinəsi ilə bağlı hazırlıq işləri aparılmış, əlavə, səyyar briqadalar yaradılmışdır. Bugünlərdə poliklinikanın səyyar həkim qrupu “Bakı Tikiş Evi” ASC-də olmuş, burada 200- dən artıq tikişçini tibbi müayinədən keçirmişdir.

Poliklinikanın həkimləri xidmət göstərdikləri ərazidə yaşayan yaşlı, veteran və yataq xəstələrini evlərində müayinədən keçirir, onlara lazımi tibbi xidmət göstərirlər. Xəstəlik aşkar edilmiş sakinlərə müalicələrini davam etdirmək üçün təyinatlar müəyənləşdirilir. Tibb işçiləri 103 yaşlı rayon sakini Gülarə Allahverdiyevanın səhhətini daim nəzatətdə saxlayırlar.

Bu vaxtadək ərazidəki tibb ocaqları 70 minədək sakini kompleks müayinədən keçirmişdir. Nəsimililər onların sağlamlığına bu qədər dəyər verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.

R. TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında