Suraxanı rayonunda tibbi müayinə uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla həyata keçirilir.

Rayon icra hakimiyyəti başçısının  3 fevral 2016-cı il tarixli  sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə təşkil edilməsi məqsədilə icra hakimiyyətində komissiya yaradılıb,  müəssisə və idarə kollektivlərinin tibbi müayinədən keçməsi haqqında cədvəl tərtib olunub. Rayondakı 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada bu il fevralın 15-dən əhalinin pulsuz tibbi müayinəsinə  başlanılıb.

Suraxanının 214 min 400 nəfər əhalisinin və rayonda məskunlaşan 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Vətəndaşların  yaşadıqları əraziyə yaxın  tibb müəssisələrində tibbi müayinədən keçmələri də diqqət mərkəzində saxlanılıb. 

Xatırladaq ki, bu il aprelin 1-dək rayonda  80  minə yaxın vətəndaş və 109 kollektiv tibbi müayinədən keçib, 2995 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb, 118 nəfər stasionar müalicəyə cəlb edilib, 141 nəfər isə təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.  

24 nömrəli şəhər poliklinikasının baş həkimi Hacağa Bağırov bildirib ki, bu tibb müəssisəsi 2010-cu ildən müasir standartlara cavab verən yeni binada fəaliyyət göstərir və müasir avadanlıqlarla təchiz olunub. Əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı poliklinika tam hazır vəziyyətə gətirilib.

Baş həkim daha sonra diqqətə çatdırıb ki, tibb müəssisəsi 13580 nəfər yaşlıya və 4064 uşağa xidmət edir. Kampaniya başlayandan indiyədək 6705 nəfər tibbi müayinədən keçib. Onlardan 183 nəfərində xəstəlik aşkar olunub və 13  nəfəri stasionar müalicəyə götürülüb.

H.Bağırov, həmçinin bildirib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Onlar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara  evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Bülbülə  qəsəbə  Ağsaqqallar şurasının sədri Mirzəağa Quluyev adı çəkilən poliklinikanın tibbi  heyətindən, burada yaradılan şəraitdən razılığını bildirib və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq edib.

Bülbülə qəsəbə sakini  Bikəxanım Məmmədova isə qeyd edib ki, bütün müayinələr zamanı həkimlər və tibb bacıları tərəfindən mehribanlıqla qarşılanıb. O, eyni zamanda, əhalinin pulsuz tibbi müayinəsinin keçirilməsini cənab Prezidentin hər bir Azərbaycan vətəndaşının sağlamlığına qayğısının bariz ifadəsi kimi qiymətləndirib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında