Suraxanıda əhalinin tibbi müayinəsi uğurla həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla həyata keçirilir. Rayon icra hakimiyyəti başçısının  3 fevral 2016-cı il tarixli sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədilə icra hakimiyyətində komissiya yaradılıb, müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada bu il fevralın 15-dən əhalinin pulsuz tibbi müayinəsi aparılır.

Rayonun 214 min 400 nəfər əhalisinin və Suraxanıda məskunlaşan 20 min 296 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hazırda hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.

İndiyədək rayonun 36 minə yaxın vətəndaşı və 34-dən çox müəssisənin kollektivi tibbi müayinədən keçib. Müayinə nəticəsində 1691 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 73 nəfər stasionar müalicəyə cəlb edilib, 69 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilib.  

8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi bildirib ki,  bu tibb ocağı  tam təmir olunub və müasir avadanlıqlarla təchiz edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Bu, həm də onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. Bundan əsas məqsəd isə xəstəliklərin erkən aşkarlanmasıdır.

Sədaqət Şahi daha sonra vurğulayıb ki, sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər müayinə edirlər. Müəssisə 17 min 535 nəfər uşağa xidmət edir. Xəstəxanaya gələn uşaqlar ümumi və biokimyəvi analiz verirlər, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər.

Tibbi müayinə başlayandan bu günə qədər 2538 nəfər uşaq tibbi müayinədən keçib. Bunlardan 14 nəfəri rentgen, 5 nəfəri USM aparatından, 72 nəfəri laboratoriya və 53 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən uşaqların 259 nəfərində xəstəlik aşkar olunub və 13  nəfəri stasionar müalicəyə götürülüb.

Sədaqət Şahi sonda qeyd edib ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən uşaqlara  evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Əmircan qəsəbə sakinləri Mehranə Qasımova və Fatma Həsənova yuxarıda adı çəkilən xəstəxananın  tibbi  heyətindən, burada yaradılan şəraitdən razılıqlarını  bildirərək, vətəndaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayıblar.  

V.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında