Gündə bir fincan çay içmək infarkt riskini azaldır

Amerikalı tədqiqatçılar zənn edirlər ki, çay ürək və damarlar üçün çox faydalıdır.

AZƏRTAC Rusiyanın rg.ru saytına istinadla xəbər verir ki, onlar 6 min nəfərin iştirakı ilə tədqiqat aparıblar. Məlum olub ki, gündə bir fincan çay içən insanlarda ürək tutması və ya digər ürək-damar patologiyaları çay içməyənlərlə müqayisədə 35 faiz azdır.

Hollandiyalı alimlər isə gündəlik 3-5 fincan çay içməyi məsləhət görürlər. Çay həvəskarlarının ürək ətrafındakı tac arteriyalarında kalsium çöküntüləri az müşahidə olunur. Bu çöküntülər isə ürək problemlərinin əsas səbəbidir.

Eyni zamanda, alimlər qeyd edirlər ki, onlar yalnız müşahidə xarakterli araşdırma aparıblar. Alınmış nəticələr hələ elmi sübut sayıla bilməz. Ola bilsin ki, çay həvəskarları daha sağlam həyat tərzi sürürlər.

Tədqiqatçılar çayın insana qoruyucu təsir göstərməsinin səbəbini dəqiq deyə bilmirlər. Onların fikrincə, bu, çayın tərkibindəki antioksidantlarla bağlıdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında