Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunurlar

Hazırda ölkəmizdə uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunurlar. Bu, inkişaf etmiş Avropa ölkələri ilə bir səviyyədədir və Azərbaycanda əhalinin peyvəndi dövlət hesabına tam pulsuz həyata keçirilir.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, immunitet sistemi hələ döl ananın bətnində olarkən formalaşmağa başlayır. Uşaq müəyyən müddət bətn daxilində anadan cift vasitəsilə aldığı və doğulduqdan sonra ana südü ilə əldə etdiyi immun faktorlarla qorunur. Bundan sonra hər hansı bir mikroorqanizmlə təmas immun sistemin “yaddaşına” həkk olunur, gələcəkdə insanları həmin xəstəlikdən qoruyur və hər bir virusa, bakteriyaya özünəməxsus spesifik cavab verir. Peyvənd sistemi də bu prinsip üzərində qurulub. Orqanizmi bir sıra ağır xəstəliklərdən (vərəm, poliomielit, difteriya, qızılca və s.) qorumaq üçün uşaqlar dünyaya gəldiyi vaxtdan etibarən peyvənd olunurlar. Əgər peyvənd olmasaydı, dünyada bu xəstəliklərin qorxunc epidemiyaları tüğyan edərdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında