Səhiyyə işçiləri öz peşə borclarını vicdanla yerinə yetirəcəklər

Azərbaycan Prezidenti  İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son illər ölkədə aparılan sosial islahatların da əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq olmuşdur.

Dövlət başçısının yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə insanların sosial müdafiəsi məsələlərindən söhbət açan Prezident qeyd etmişdir ki, pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. İqtisadi böhranın təsirini azaltmaq üçün bir sıra vacib məqsədyönlü tədbirlərin həyata keçirilməsindən söz açan dövlət başçısı demişdir: “Bizim imkanımız hələlik buna çatır. Bir daha demək istəyirəm ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir daha demək istəyirəm ki, bizim güclü sosial siyasətimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir”.

Manatın məzənnədən düşdüyü, qiymətlərin idxaldan asılı olaraq zəruri artımının baş verdiyi bir şəraitdə bunun nə demək olduğunu çox gözəl başa düşürük. Dövlət başçımız  pensiyaların, maaşların artırılmasından danışarkən il ərzində bu məsələyə yenidən baxılacağını da istisna etməmiş, bunun imkanlarla bağlı olduğunu vurğulamışdır.

Biz süni bahalaşmaya qarşı aparılan ciddi mübarizədən razıyıq, yeni il ərəfəsində süni şəkildə qaldırılan qiymətlər indi tənzimlənir. Bu ölkə rəhbərinin diqqətindən yayınmır: “Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu da sosial təşəbbüsdür. İlk növbədə, biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar”.

2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə 708 milyon manat və yaxud 2014-ci illə müqayisədə 6,4 faiz çox vəsait yönəldilib, səhiyyə sahəsi üzrə 13 Dövlət Proqramı davam etdirilib, Ağsu Mərkəzi Rayon Xəstəxanasının tikintisi, Gəncə, Mingəçevir və Göyçay şəhər və rayon xəstəxanalarının əsaslı təmiri başa çatdırılıb.

Səhiyyə işçiləri olaraq biz, daim Prezidentimizin təklif və tapşırıqlarını can-başla yerinə yetirməyə çalışırıq. Bu inkişaf, səhiyyəyə qayğı bizi çox sevindirir və razı salır. Bir həkim kimi bu ölkədə baş verən prosesləri yaxından izləyirik. Ölkədə işçilərin əmək haqlarının, pensiya və müavinətlərin artırılması bir daha onu sübut edir ki, Azərbaycan Prezidenti ilk növbədə öz vətəndaşının qayğısına qalır. Dövlət başçısı bunu qətiyyətlə vuğulamışdır: “Bu il bütün sosial proqramlar icra ediləcək. Bu məsələ ilə bağlı heç kimin şübhəsi olmasın”.

Nərgiz  ƏLİƏSGƏRLİ,
Respublika Uşaq Xəstəxanası
baş həkiminin müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında