Səhiyyənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

- O dövrü yaxşı xatırlayırıq. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanda tez-tez baş verən hakimiyyət dəyişikliyi və bunun nəticəsində yaranmış hakimiyyət böhranı respublikamızın nəinki müstəqilliyini, həm də varlığını belə sual altında qoymuşdu. Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı da gərginliyi daha da artırmış, mövcud vəziyyəti pisləşdirmişdi.
Məhz belə bir vaxtda xalqın təkid və tələbi ilə ulu öndərimiz Heydər Əliyev ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdı. Ancaq bundan sonra Azərbaycanda siyasi sabitlik və əmin-amanlıq yaradıldı. Ümummilli liderimiz respublikamızın qarşısına çıxan bütün çətinlikləri dəf edərək suverenliyimizi qoruyub möhkəmləndirməyə nail oldu. Dahi şəxsiyyətin səyilə Azərbaycan 1994-cü ildə tərkibinə dünyanın ən böyük neft şirkətlərinin daxil olduğu Beynəlxalq Konsorsium ilə "Əsrin müqaviləsi"ni imzaladı. Azərbaycanın qapıları xarici iş adamlarının üzünə açıldı. Sosial-iqtisadi sahələrdə geniş miqyaslı islahatlara başlanıldı, tikinti-quruculuq işləri böyük vüsət aldı. Bu, özünü səhiyyə sistemində də qabarıq büruzə verdi. Belə ki, ulu öndər yenidən hakimiyyətə gəldiyi ilk günlərdən səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, sözügedən sahədə kadr hazırlığına, elmi-tədqiqat işlərinin sanballığının artmasına xüsusi önəm verdi.
Yuxarıda qeyd edilənləri diqqətə çatdıran Göygöl Rayon Mərkəzi Xəstəxanası kliniki laboratoriyasının müdiri Sahib Rəsulov daha sonra dedi:
- Layiqli varis olan ölkə Prezidenti İlham Əliyev artıq yeddi ildir ki, öz üzərinə düşən tarixi missiyanı uğurla leallaşdırır, Azərbaycanın strateji kursunu bütün sahələr üzrə qəbul edilən və elmi cəhətdən əsaslandırılmış proqram sənədləri ilə müəyyən edir. Cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın ildən-ilə gücləndirilməsi, əhalinin maddi həyat şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi islahatların aparılması Azərbaycanın gələcəyinə hesablanan məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir.
Azərbaycan Dövlət Tibb İnstitutunu 1978-ci ildə bitirən S.Rəsulov təyinatla Daşkəsən rayonunda və respublikamızın ayrı-ayrı səhiyyə müəssisələrində çalışıb. Bir neçə il ixtisası üzrə Ukrayna Respublikasında fəaliyyət göstərib. 1991-ci ildən isə yuxarıda göstərdiyimiz kimi Göygöl rayon mərkəzi Xəstəxanasında kliniki laboratoriya şöbəsinə rəhbərlik edir. Sahib Rəsulov respublikamızda səhiyyə sahəsində görülən işlər barədə ürəkdolusu danışdı:
- Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları səhiyyəmizin bu gün ən yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu, eyni zamanda, onu təsdiqləyir ki, dövlətimizin başçısı milli səhiyyənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu məsələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanımın təşəbbüsü ilə ana və uşaq sağlamlığının qorunması, talassemiyadan əziyyət çəkən körpələrin müalicəsi, bütövlükdə səhiyyəmizin inkişafı ilə bağlı həyata keçirdiyi geniş fəaliyyət proqramı ölkəmizdə səhiyyə sisteminin inkişafında əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər əhalinin sağlamlığının qorunması, gənc nəslin fiziki tərbiyəsi və sağlam böyüməsi işinə mühüm töhfələr verir.

{nl}

Babək ƏLİYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında