Gəncədə pediatriya şöbəsi istifadəyə verildi

Gəncədəki 2 saylı birləşmiş uşaq xəstəxanasının ikinci pediatriya şöbəsinin əsaslı təmirdən sonra təntənəli açılış mərasimi olmuşdur. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, səhiyyə idarəsinin rəisi Əlikram Məmmədov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əlikram Məmmədov tədbir iştirakçılarını salamlayaraq səhiyyə işçiləri adından Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. İlham Əliyevin respublika səhiyyəsinə olan diqqət və qayğısından söz açıb.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, insanların firavan həyatının təmin olunması sahəsində Prezident İlham Əliyevin xidmətlərini diqqətə çatdırıb. Elmar Vəliyev bildirib ki, Abbas Səhhət adına xəstəxana, yoluxucu xəstəliklər xəstəxanası, doğum evi və Perenatal Mərkəz yaxın günlərdə insanların istifadəsinə veriləcəkdir. Gəncənin  Hava Limanı istiqamətində böyük bir səhiyyə kompleksinin salınması planlaşdırılır.

2 saylı birləşmiş uşaq xəstəxanasının baş həkimi Hafiz Abdullayev çıxışında aparılan təmir işləri üçün minnətdarlığını bildirib. Qeyd edib ki, xəstəxananın ikinci pediatriya şöbəsində 3 həkim, 11 tibb bacısı və 4 sanitar çalışır. Əsaslı təmir işlərinə ciddi ehtiyac olduğuna və sanitar-gigiyenik qaydalarının tələblərinə cavab vermədiyinə görə  25 çarpayılıq  bu şöbənin fəaliyyəti 11 ildən artıq idi ki, dayandırılmışdı. İndi bura üç yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan stasionar şöbədir.

Gəncə Şəhər İcra Hakimiyyətinin köməyi ilə  yerli büdcə hesabına aparılan təmir işləri “Əsaslı-Tikinti-Təmir və Rekonstruksiya 2013" MMC tərəfindən icra olunub.Şöbədə müasir tələblərə cavab verən 25 çarpayılıq 8 palata,  həkim,  tibb bacıları, sarğı,  fizioterapiya, masaj kabinetləri, idman otaqları, konfrans zalı yerləşir.

Şəhər icra hakimiyyəyinin başçısı Elmar Vəliyev əsaslı təmirdən sonra şöbədə yaradılmış şəraitlə yaxından tanış olmuş, öz tövsiyələrini vermiş, səhiyyə ocağının yüksək səviyyədə saxlanması, xəstələrə lazımi xidmət göstərilməsi üçün bütün imkanlardan maksimum yararlanmağı tapşırmışdır.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında