Bakıda "Ana və uşaq sağlamlığı" mövzusunda Beynəlxalq simpozium işə başlamışdır

Oktyabrın 23-də respublika Perinatal Mərkəzində "Ana və uşaq sağlamlığı" mövzusunda Beynəlxalq simpozium öz işinə başlamışdır.
Simpozium Amerika-Avstriya Fondu Açıq Tibb İnstitutunun Azərbaycan nümayəndəliyi və ölkəmizin Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, Amerika və Avstriyanın tanınmış alimləri də iştirak edirlər.
Simpoziumda respublika Perinatal Mərkəzinin direktoru Əzim Nağdəliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması dövlətin prioritet sahələrindən biridir. Ölkəmizdə səhiyyənin bütün sahələrində olduğu kimi, ana və uşaqların sağlamlığının mühafizəsi işində də bir sıra nailiyyətlər əldə edilmişdir. Paytaxtda və regionlarda perinatal mərkəzlərin yaradılması, müasir avadanlıqla təchiz edilməsi, neonatoloqların yeni təhsil sistemi üzrə hazırlanması dövlətin bu sahəyə verdiyi əhəmiyyətin bariz nümunəsidir.
Səhiyyə Nazirliyinin nümayəndəsi Elmira Əliyeva vurğulamışdır ki, uşaqlara göstərilən tibb xidməti, onların sağlamlığının qorunması, bərpa edilməsi bizim gələcəyimiz üçün çox vacibdir.
Simpoziumda çıxış edən ABŞ-ın Kolumbiya Universitetinin professoru, Nyu-York Presvitarian Xəstəxanasının Neonatal Mərkəzinin direktoru Riçard Polin Azərbaycanda səhiyyə sahəsində gedən sürətli inkişafı, ana və uşaq sağlamlığı sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişdir.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev simpozium iştirakçılarının diqqətini ölkəmizdə yenidoğulmuşlar arasında yayılmış xəstəliklər və bu halların qarşısının alınması istiqamətində görülmüş işlərə yönəltmişdir. Bildirmişdir ki, son vaxtlar ana bətnində yaranan xəstəliklər daha çox müşahidə olunur.
Oktyabrın 24-də başa çatacaq simpoziumda "Yenidoğulmuşların reanimasiyasında yeni konsepsiyalar", "Yenidoğulmuşlarda arterial axacağın açıq qalması", "Yenidoğulmuşlarda persistə edən ağciyər hipertenziyası", "Avstriyada ana və uşaq preventiv tədbir kimi", "Azərbaycanda ana və uşaq sağlamlığının mühafizəsində yeni istiqamətlər və dəyişikliklər" və digər mövzularda məruzələr dinlənilib müzakirə ediləcəkdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında