Ebolaya qarşı yeni peyvənd hazırlanıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, nəhayət, bir ildən çoxdur ki, Qərbi Afrikanı sarsıdan Ebola epidemiyasına qarşı təsirli peyvənd hazırlanıb. ÜST rəsmilərinin məlumatına görə, xəstəliklə mübarizə çərçivəsində səylərini birləşdirən alimlər yeni effektiv peyvənd hazırlayıblar.

Qeyd edək ki, Qərbi Afrikada yayılan Ebola xəstəliyi sırasında qadınlar, uşaqlar və tibb işçiləri də olmaqla, 11 min insanın həyatına son qoyub. Epidemiya təhlükəsi o qədər ciddi idi ki, dünya dövlətləri bu epidemiya ilə mübarizə aparmaq üçün bir araya gəldi və tibb işçilərinə təlimlər keçməyə, regiondakı dövlətlərə yardım etməyə başladı. Öz aralarında rəqabət aparan əczaçılıq şirkətləri bu xəstəliyin qarşısını alacaq dərman tapmaq üçün birgə işləməyə başladı və nəhayət, çox güclü təsiri olan peyvənd hazırlandı.

“Apardığımız tədqiqatların nəticələrindən aydın oldu ki, bu peyvənd xəstəliyin qarşısını 100 faiz alacaq”,- deyə doktor Con Arne Rottergen bildirir.

Bu peyvənd özündə Qərbi Afrikadakı ölümcül Ebola virusunun və xəstəliklə əlaqəsi olmayan digər virusun zülalını birləşdirir. Nəticədə orqanizmdəki virus zəifləyir və xəstəliyə yol açmır. Amma bu, immun sisteminin cavabını təmin edir.

Doktor Con Arne Rottergen peyvəndin hazırlanması ilə bağlı deyib: “Biz yaxınlaşmaqda olan epidemiyanı izləməyə başladıq. Biz yeni xəstələri, onların əlaqələrini, xəstələrin qruplarını, yüksək riskli xəstələri müəyyən etdik”.

Bildirilir ki, peyvəndin tapılması üçün Qvineyada aparılan araşdırmalarda “Sərhədsiz həkimlər” təşkilatı və  ÜST-ün nümayəndələri yaxından iştirak ediblər. Araşdırmanı Norveçin Xalq Təşkilatı aparıb, peyvəndi isə Merk şirkəti istehsal edib.

Qeyd edilir ki, Ebolaya qarşı peyvəndin hələ lisenziyası yoxdur. Lakin buna baxmayaraq, Qərbi Afrikada Ebolanın qarşısının alınması üzrə araşdırmalar davam etdirilir. Alimlər bir neçə aydan sonra xəstəliyin qarşısının tamamilə alınacağını deyirlər.

Elçin ABBASOV,
 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında