ATU-nun Tədris-Cərrahiyyə Klinikasında mürəkkəb əməliyyat keçirilmişdir

Dünən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasında ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov tərəfindən qırtlaq-udlağın karsinoması olan xəstədə çox mürəkkəb, rekonstruktiv cərrahi əməliyyat həyata keçirilmişdir.

Əməliyyatı aparan həkimin sözlərinə görə, qırtlaq-udlağın şişi deyərkən, söhbət, udlağın aşağı hissəsinin xərçəngindən, bədxassəli şişindən gedir. Cərrah, xəstəliklə bağlı fikirlərini izah edərkən belə demişdir: “Həmin nahiyyədə şiş aqressiv gedişə malik olur və boyun limfa düyünlərinə metastaz verir. Əməliyyat zamanı qırtlaq-udlaq tam götürülür, boyun limfa düyünlərinin hamısı çıxarılır. Burada ikinci çox mühüm məsələ götürdüyümüz toxumaların, yəni həmin qüsurun rekonstruksiyası məsələsidir, yəni bərpa olunmasıdır. Bu ona görə vacibdir ki, xəstənin sonrakı həyatında qidalanması bərpa oluna bilsin”.

Həkim bildirmişdir ki, dünya praktikasında udlağın rekonstruksiyası üçün bir çox üsullardan və materiallardan istifadə olunur. Belə rekonstruktiv əməliyyatlarda ən məsləhətlisi flepplərdən istifadə olunmasıdır. Bunlardan biri də acı bağırsaqdan götürülmüş fleppdir. Xəstələr məhz belə rekonstruksiyadan sonra normal həyata daha rahat adaptasiya olunurlar.  Həkim həmçinin bu əməliyyat prosesinin çox mürəkkəb olduğunu və ölkəmizdə nadir təsadüf edildiyinə görə Azərbaycanın mütəxəssisləri ilə deyil, xaricdə yaşayıb işləyən həkimlərlə işbirliyi qurduqlarını əsaslandıraraq demişdir: “Beləliklə də, biz xarici ölkələrin bu sahədə ixtisaslaşmış mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmış oluruq. Buna görə də Tehran Tibb Elmləri Universitetinin estetik-plastik-rekonstruktiv cərrahı, dosent doktor Həmid Rza Fəthini bu əməliyyat üçün klinikamıza dəvət etdim. Onunla birgə bu əməliyyatın icrasını uğurla həyata keçirdik”.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında