Sağlamlıq imkanları məhdud uşaqlar Türkiyədə bərpa-müalicə kursu keçirlər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud uşaqlardan daha 20 nəfəri valideynlərindən birinin müşayiəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Yola salınan sağlamlıq imkanları məhdud uşaqların valideynləri belə uşaqlara ölkə Prezidentinin qayğısından razılıqla söz açıb, övladlarının xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.    Tədbirdə ƏƏSMN-nin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri S.Abdullayev indiyə qədər 70 nəfər sağlamlıq imkanları məhdud uşağın qardaş ölkəyə bərpa müalicəsinə göndərildiyini diqqətə çatdırıb: “Ümumilikdə ƏƏSMN tərəfindən cari ilin aprel ayından bəri 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bu məqsədlə Türkiyəyə yola salınıb.

Cari il ərzində nazirlik tərəfindən ötən illə müqayisədə 20 faiz çox şəxsin xaricdə bərpa-müalicəsinin təşkili nəzərdə tutulub ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xətlə davam etdirildiyinin təsdiqidir”. O, bildirib ki, göndərilən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçirlər: “Həmin müəssisədə Dənizli bölgəsinin təbii müalicəvi resurslarından və innovativ texnologiyalardan geniş istifadə olunmaqla əlilliyi olan şəxslərin reabilitasiyası, çətinsağalan ayrı-ayrı xəstəliklərin müalicəsi istiqamətində səmərəli tibbi-fizioterapevtik üsullar tətbiq olunur. İndiyədək Nobel Tibb Mərkəzinə göndərdiyimiz əlilliyi olan şəxslər mərkəzdə aparılan  müalicə kursundan, göstərilən xidmətdən razı qaldıqlarını bildirirlər”.

Göndərilən əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və valideynlərinin orada 5 ulduzlu oteldə yerləşdirildiklərini deyən S.Abdullayev müvafiq xidmətlərə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsini öyrənmək üçün nazirliyin bir nəfər həkiminin də Türkiyəyə ezam edildiyini bildirib, həmçinin qeyd edib ki, ƏƏSMN-nin Bakıda və respublikanın bölgələrindəki müəssisələrinin bir çoxunda əsaslı təmir işləri aparılır. Təmirdən sonra bu müəssisələr müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunacaq, onlarda qabaqcıl dünya təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün də lazımi şərait təmin ediləcək.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında