Akademik Ə.Əmiraslanov Azərbaycan endouroloji dərnəyinin yaradılmasını faydalı hesab edir

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov Türkiyənin TürkUrolap dərnəyinin yaradıcısı, professor Yaşar Ozgok ilə görüşmüşdür.

 Görüş zamanı ATU-da keçirilən beynəlxalq laparoskopik urologiya kursunun nəticələri, həmçinin ATU ilə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Qonaq Azərbaycana səfərinə, xüsusilə də Tibb Universitetində olduğuna görə məmnun qaldığını bildirmişdir. O, ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə tanış olduğunu, burada yaradılan şəraitdən çox razı qaldığını açıqlamışdır.

Yaşar Ozgok xatırlatmışdır ki, bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında 32-ci beynəlxalq  laparoskopik urologiya kursuna start verilmişdir. TİKA-nın dəstəyi sayəsində  bütün Avropada qəbul edilən belə bir kursun bu dəfə ATU-da keçirildiyini  bildirən professor Yaşar Ozgok Tibb Universiteti ilə əməkdaşlığa yol açacaq daha bir təkliflə də çıxış etmişdir: “Bu klinikada Azərbaycan endouroloji dərnəyinin yaradılmasını istərdik. Bu dərnək əməkdaşlığın dərinləşməsinə, həmçinin ATU-nun əlaqələrinin genişlənməsinə, universitetin Avropada daha çox tanınmasına səbəb olacaq”.

ATU-nun rektoru təklifi müsbət qarşılamış, belə bir dərnəyin yaradılmasının hər iki tərəfə böyük fayda verəcəyini demişdir. Akademik Azərbaycan endouroloji dərnəyinin yaradılması üçün tələb olunan hər bir fəaliyyətə hazır olduqlarını açıqlamışdır. Görüşün sonunda ATU-nun nəzdində Azərbaycan endouroloji dərnəyinin yaradılması ilə bağlı qarşılıqlı memorandum imzalanması haqqında razılıq əldə olunmuşdur. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru R.Qabulova,  beynəlxalq əlaqələr şöbəsinin müdiri N.Zeynalov, Tədris Cərrahiyyə Klinikasının direktoru H.Bağırov, baş həkim A. Həsənov, Treninq Mərkəzinin müdiri Q.Əhmədov və uroloji uzman V.İsmayıl görüşdə iştirak etmişlər.

Qeyd edək ki, TurkUrolap dərnəyi laparoskopik urologiya sahəsində dünyanın bir çox ölkəsində təlim kursları keçirir. Hazırda ATU-nun urologiya kafedrası ilə birlikdə universitetinin Tədris Cərrahiyyə Klinikasında ikigünlük növbəti 32-ci beynəlxalq tətbiqi laparoskopik urologiya kursu keçirilir. Kursda nəzəri və praktik laparoskopik vərdişlər tətbiq edilir. Tədbirdə 7 nəfəri Sudandan olmaqla, ümumilikdə, 20 həkim, 10 tibb bacısına təlim keçirilir. Kursun sonunda Avropa Uroloqlar Assosiasiyasının beynəlxalq E-BLUS sertifikatı üçün imtahan da keçiriləcək. Kursun prezidentləri Türkiyə tərəfdən TürkUrolap dərnəyinin yaradıcısı Dr.Yaşar Ozgok, Azərbaycan tərəfdən ATU-nun urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü,  professor  Südeyf İmamverdiyevdir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında