Rusiyanın Ebola qızdırması əleyhinə mübarizəyə ayırdığı vəsaitin ümumi məbləği 40 milyon dolları ötüb

Rusiyanın BMT yanında daimi nümayəndəsi Vitali Çurkin və BMT İnkişaf Proqramı idarəsinin direktoru Yens Vandel Nyu-Yorkda, BMT iqamətgahında memorandum imzalayıblar. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, sənədə görə, Rusiya BMT-nin Baş katibi tərəfindən yaradılan Ebola əleyhinə Mübarizə Fonduna 1 milyon dollar keçirəcək.

BMT Baş katibinin Ebola üzrə xüsusi elçisi Devid Nabarro həmrəyliyə, Ebola əleyhinə mübarizə üzrə fəaliyyətin xüsusi maliyyələşdirmə mexanizmi olan Fondda iştirakına görə Rusiya hökumətinə və xalqına minnətdarlığını bildirib. D.Nabarro “RUSAL” şirkətinin köməyi ilə Qvineyada açılmış Mikrobioloji tədqiqatlar və epidemioloji xəstəliklərin müalicəsi mərkəzini də yada salıb.

V.Çurkin bildirib ki, onun ölkəsi Qərbi Afrikada Ebola epidemiyası ilə bağlı böhranın aradan qaldırılması üzrə beynəlxalq təşəbbüslərdə fəal iştirak edib. O deyib: “Çox şadıq ki, beynəlxalq birliyin səyləri uğurlu olub və Rusiya bu uğurun əldə olunmasında layiqli rol oynayıb”.

Xatırladaq ki, Rusiyanın Ebola qızdırması əleyhinə mübarizəyə ayırdığı vəsaitin ümumi məbləği 40 milyon dolları ötüb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında