Azərbaycanlı oftalmoloqlar Avropa Oftalmoloqlar Assosiasiyasının illik qurultayında iştirak etmişlər

Paris şəhərində Avropa Oftalmoloqlar Assosiasiyasının illik qurultayı keçirilmişdir.
Tədbirdə ölkəmizi professor, tanınmış göz həkimi, Amerika Oftalmologiya Asossiasiyasının üzvü Çingiz Cərullazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Bu barədə məlumat verən Ç.Cərullazadə vurğulamışdır ki, beynəlxalq tədbirdə bütün Avropa ölkələrindən, Amerika Birləşmiş Ştatlarından, ümumiyyətlə, dünyanın oftalmologiya sahəsində ən tanınmış mütəxəssisləri iştirak edirdilər.
Azərbaycanlı oftalmoloqlar ölkəmizdə ən çox müşahidə olunan katarakt, qlaukoma, tor qişanın xəstəlikləri, göz quruluğu xəstəliyi və bu xəstəliklərin ən müasir üsulla müalicəsi, oftalmologiyanın inkişafı ilə bağlı məruzələrlə çıxış etmişlər.
Professor Ç.Cərullazadə bildirmişdir ki, Azərbaycanda oftalmologiya elmi sürətlə inkişaf edir. Bu çox sevindirici haldır ki, gənc həkimlərimiz dünyada tətbiq olunan yeniliklərlə daim maraqlanır, beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.
Əvvəllər beynəlxalq tədbirlərdə müsəlman dünyasından Türkiyə və Ərəb ölkələri daha fəal idi. Lakin son illərdə Azərbaycan belə tədbirlərdə daha çox təmsil olunur. Bu isə ölkəmizdə tibb sahəsinin inkişafına göstərilən qayğının nəticəsidir. Ölkəmizdə 1300-dək oftalmaloq vardır. Onların əksəriyyəti gənclərdir. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elmində qoyduğu parlaq iz, oftolmologiya üzrə milli kadrların hazırlanmasına, elmin bu sahəsinin inkişafına sərf etdiyi böyük əmək artıq öz bəhrəsini verir.
2011-ci ildə də dünyanın müxtəlif ölkələrində oftalmologiya ilə bağlı mühüm tədbirlər keçiriləcəkdir və biz bu tədbirlərdə də ölkəmizi layiqincə təmsil edəcəyik.
Azərbaycanda ən çox gözün allergik xəstəliklərinin yayıldığını qeyd edən Ç.Cərullazadə vurğulamışdır ki, göz beyinin çöldə olan hissəsidir. Onun həmişə qayğısına qalmaq lazımdır. Hazırda gözün sağlamlığının qorunması ilə bağlı təbliğat, maarifləndirmə işlərini gücləndirmək vacibdir.
Göz xəstəliklərinin yaranması qidadan, həyat tərzindən, iqlim şəraitindən də asılıdır. Son dövrlərdə elmi-texniki tərəqqinin inkişafı, insanların elmə marağının daha da artması göz xəstəliklərinin çoxalması ilə nəticələnmişdir. Erkən yaşda uşaqların məktəbə cəlb olunması da buna təsir edən amildir. Uşağın gözü tam şəkildə 12 yaşınadək formalaşır. Lakin erkən yaşlardan kitabla, kompyuterlə intensiv təmasda olan insanlarda gözdə zəifləmə və digər xəstəliklər yaranır. Hazırda məktəblilərin 70 faizində görmədə müəyyən qüsurlar vardır. Bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Valideynlərə məsləhət görərdim ki, uşaqlarını məktəbə aparmamışdan əvvəl mütləq gözlərini müayinə etdirsinlər. Məktəblilər də, tələbələr də hər 3 ildən bir müayinə olunmalıdır.
Oftalmoloq rəhbərlik etdiyi "OFKO" göz klinikasının fəaliyyəti haqqında məlumat verərək bildirmişdir ki, klinikada aztəminatlı ailələrə, veteranlara, müharibə əlillərinə güzəştli müalicə tətbiq olunur. Eyni zamanda, ildə 4 dəfə müxtəlif regionlara səyyar briqadalar göndərilir. Bu həkim briqadaları əhalini təmənnasız müayinədən keçirir. Klinikada gənc kadrların təcrübə keçmələrinə də xüsusi diqqət yetirilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında