Nərimanov rayonunda əhalinin tibbi müayinəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin tapşırığı ilə cari ilin fevral ayının 1-dən mayın 1-dək ölkə əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması davam edir.

Bu baxımdan paytaxtın Nərimanov rayonunda da zəruru tədbirlər görülür, rayon ərazisində yerləşən səhiyyə ocaqlarında əhalinin tibbi müayinədən keçməsi təmin olunur. Bütövlükdə isə tibbi müayinələr başlayandan etibarən rayon üzrə 57 min 119 nəfərin müayinələrdən keçməsi təmin olunmuş, müxtəlif xəstəliklər aşkara çıxarılmış 10 min 822 nəfərə ambulator, 188 nəfərə isə stasionar müalicə təyin edilmişdir.

Rayondakı 4 nömrəli şəhər poliklinikasında əhalinin tibbi müayinəsinin yüksək səviyyədə təşkili üçün hərətərəfli şərait yaradılıb, bu səhiyyə ocağı ən müasir tibbi avadanlıqla təchiz olunub. Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.

Poliklinikanın baş həkimi Leyla Əhmədovanın bildirdiyinə görə, dövlət başçısının göstərişi ilə reallaşdırılan bu vacib humanitar aksiya xəstəliklərin ilkin dövrdə aşkar olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə ki, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlər sonrakı dövrlərdə onların müayinə və müalicəsini xeyli dərəcədə asanlaşdırır. Baş həkim bildirdi ki, fevralın 1-dən ötən dövr ərzində poliklinikaya müraciət edən 7800 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 300 nəfəri qeydiyyata alınmış, 81 nəfər isə xəstəxanaya göndərilmişdir.

Sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirdilər, onların hər zaman qeydinə qalan dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında