Bakıda "Dünya Ürək Günü"nə həsr olunmuş "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi konfrans keçirilmişdir

Sentyabrın 25-də Bakıda "Dünya Ürək Günü"nə həsr olunmuş "Mən ürəklə işləyirəm" adlı beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransda azərbaycanlı kardioloqlarla yanaşı, Türkiyə, İran, Rusiyadan mütəxəssislər iştirak etmişlər.
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdir ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində, səhiyyənin inkişafı istiqamətində bir sıra islahatlar aparılmışdır.
Dövlət tərəfindən səhiyyəyə göstərilən diqqət və qayğının artırılması tibbi müasir dövrlə ayaqlaşan və tərəqqi edən bir sahəyə çevirməkdədir. Belə ki, artıq nəinki paytaxtda, eyni zamanda, regionlarda müasir tibb ocaqları tikilmiş, yenidən bərpa edilmiş, ən müasir avadanlıqla təmin olunmuşdur.
Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayev bildirmişdir ki, artıq 10 ildir ki, Dünya Ürək Federasiyası tərəfindən "Dünya Ürək Günü" müxtəlif ölkələrdə qeyd olunur. Bu çox sevindirici bir haldır ki, artıq bizim ölkədə də ilk dəfə olaraq əlamətdar gün belə geniş qeyd olunur. Bu Azərbaycanın səhiyyə sahəsində qazandığı nailiyyətlərdən xəbər verir.
Kardioloq bildirmişdir ki, tədbirin məqsədi ictimai diqqəti ürək-damar xəstəliklərinin təhlükəsinə yönəltmək, cəmiyyəti maarifləndirməkdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva vurğulamışdır ki, ürək-damar xəstəlikləri artıq dünyada əsas ölüm səbəblərindən sayılır. Bu xəstəliyin qarşısını almaq üçün öncə səbəblər araşdırılmalıdır. Çünki səbəbin aradan qaldırılması xəstəliyin yayılmasının qarşısının alınması üçün daha effektiv üsuldur. Deputat insanların bu sahədə maarifləndirilməsinin vacibliyini qeyd etmişdir.
Tədbirdə "Böyüklərdə ürək-damar cərrahiyyəsinin müasir aspektləri", "Transkateter aort qapaq implantasiyası", "Anadangəlmə ürək qüsurlarının etiopatogenezi və erkən diaqnostikası", "Ürək çatışmazlığının müasir müalicə metodları" və digər mövzularda məruzələr dinlənilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında