Azərbaycanda ağciyər köçürülməsi əməliyyatlarının aparılması əsas hədəfdir

Azərbaycanda orqan transplantasiyası əməliyyatlarında əsasən canlıdan canlıya qaraciyər, böyrək köçürülür. Təəssüflər olsun ki, ağciyər köçürmə əməliyyatını hələ həyata keçirməmişik. Amma bu, bizim hədəfimizdir. Yaxın bir zamanda yəqin ki, buna da nail olacağıq.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov Bakıda “Orqan transplantasiyası” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.

Rektor bildirib ki,  ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda bir insanın orqanının başqa bir şəxsə köçürülməsinin tarixi akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması  ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki,  1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.

 Müstəqil Azərbaycanın tarixində isə  bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilib.

 Azərbaycanda böyrəkköçürmə və qaraciyər köçürmə əməliyyatları ilə yanaşı, Respublika Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası da uğurla aparılır. Bununla yanaşı, ölkəmizdə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da uğurla həyata keçirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında