Biləsuvarda əhalinin tibbi müayinəyə cəlb olunması üçün fəal iş aparılır

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Biləsuvar rayonunun səhiyyə ocaqlarında da  əhalinin tibbi dispanserizasiyası yüksək səviyyədə təşkil  olunub.

Rayon mərkəzi xəstəxanasından bildiriblər ki, kampaniyanın mütəşəkkil surətdə başa çatdırılması üçün bütün zəruri tədbirlər görülüb. Hazırda rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır.

Aksiya çərçivəsində terapevt,  mama-ginekoloq,  kardioloq,  pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim briqadalarının apardığı profilaktik müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji,  exokordioqrafiya,  qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır.

Müayinələr, ilk növbədə idarə, müəssisə və təşkilatlarda çalışanları əhatə edir. Əhalinin  tibbi aksiyaya  cəlb olunması üçün kənd və qəsəbələrdə fəal iş aparılır.

Ümumiyyətlə, rayonda humanitar aksiya çərçivəsində 3 xəstəxanada, 21 həkim və feldşer məntəqəsində çalışan 90 həkim və 297 orta tibb personalından ibarət 7 həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla 26 yaşayış məntəqəsində 97 mindən çox əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.

Humanitar aksiya əvvəlcədən tərtib edilən cədvələ uyğun olaraq, fevralın 1-dən başlayıb və may ayının sonunadək davam edəcək.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi” qəzetinin
şöbə redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında