Nəsimi rayonunda əhalinin tibbi müayinəsi davam edir

Ölkəmizdə son illər bütün sahələrdə olduğu kimi, səhiyyədə də uğurlar əldə olunub. Paytaxt Bakıda və regionlarda yeni, müasir standartlara cavab verən tibb müəssisələri inşa edilir, mövcud səhiyyə obyektləri əsaslı təmir edilərək lazımi avadanlıqlarla təchiz olunur, əhalinin sağlamlığına yönəlmiş bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə əhalinin tibbi müayinəsi davam edir. Fevralın 2-dən mayın 1-dək davam edəcək  tibbi  müayinə prosesi Nəsimi rayonunda da mütəşəkkil aparılır. Müayinələr əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Bu kampaniyanın yüksək səviyyədə keçirilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış və ona müvafiq tapşırıqlar verilmişdir. Qeyd edək ki,  140 min rayon sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.

Tibb müəssisələrində lazımi şərait yaradılmış və evlərdə sakinlərin müayinəsi üçün səyyar briqadalar təşkil olunmuşdur.

Müxtəlif təşkilatlarda və təhsil müəssisələrində səyyar tibbi müayinələr keçirilir,  əhali arasında təbliğat-təşviqat işləri aparılır. Tibbi müayinələri rayon ərazisində yerləşən 5 və 20 saylı şəhər poliklinikaları, Nəsimi rayonu sakinlərinə xidmət edən 1 və 3 saylı poliklinikalar həyata keçirir. Artıq 2119 nəfər tibbi müayinədən keçirilmişdir.

Nəsimi rayonunda əhalinin tibbi müayinəsi ilə bağlı işlərin lazımi səviyyədə davam etdirilməsi və uğurla başa çatdırılması üçün zəruri tədbirlər görülür.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında