Gəncədə cərrahlar cəmiyyəti yaradıldı

Gəncədə  cərrahlar cəmiyyəti  fəaliyyətə başlamışdır. Bu barədə Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədovun şəhərin tibb  müəssisələrində çalışan cərrahlarla görüşündə qərar qəbul edilib. İdarənin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov deyir ki, əsas məqsəd Azərbaycanın böyük şəhərlərindən olan Gəncədə cərrahiyyənin səviyyəsinin yüksəldilməsi, beynəlxalq təcrübələrin öyrənilməsi və əməliyyatlarda tətbiqi və gənc cərrahların ixtisaslarının artırılmasıdır .

Görüşdə çıxış edən professor Əlikram Məmmədov tibbin əsas sahələrindən olan cərrahiyyənin Gəncədə inkişaf yollarından danışıb. İxtisasca cərrah olan səhiyyə idarəsinin rəhbəri gənc cərrahların problemlərinə toxunaraq deyib:

– Bu gün Gəncədə çalışan cərrahların bilik və bacarıqları şübhə doğurmur. Lakin müasir tibbi-texniki avadanlıqla işləmək qabiliyyəti, beynəlxalq təcrübəyə yiyələnmək vərdişi hər birimiz üçün çox vacibdir. Xüsusilə,  gənc cərrahlar öz üzərlərində daha  çox çalışmalıdırlar. Bu işdə peşəkar cərrahlarımız  onlara yardımçı olmalı, gənclərin təcrübələrinin artırılmasına kömək etməlidirlər. Mən də bir cərrah və şəhərin səhiyyə idarəsinin rəisi kimi bu işlərdə daim onları dəstəkləyəcək, lazımi diqqət və qayğı göstərəcəyəm. Biz yaxın vaxtlarda müəssisələrimizdə laparoskopik cərrahiyyənin tətbiqinə nail olmalıyıq .

Görüşdə çıxış edən həkimlər, əsasən, cərrahiyyə sahəsində maddi-texniki bazanın yenilənməsi , müasirləşməsi məsələlərinin vacibliyinə toxunublar. Gənc cərrah Rauf Yəhyayev çıxış edərək müasir tibbin nailiyyətlərinin tətbiqi üçün yeni avadanlıqlara ehtiyac olduğunu, xüsusilə laparoskopik cərrahiyyə aparatının alınmasını təklif etdi.

Tədbirdə Gəncə Cərrahlar Cəmiyyətinin sədri, onun müavini və  üzvləri seçildi. Qərara alındı ki, cəmiyyət vaxtaşırı görüşlər təşkil etməli, gənc həkimlərin problemləri, müasir cərrahiyyə və beynəlxalq təcrübələrin Gəncədə tətbiq olunması istıqamətində əməli tədbirlər həyata keçirməlidir.

HAMLET QASIMOV,
“Xalq qəzeti” nin
bölgə müxbiri    


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında