Silahlı Qüvvələrin Baş Klinik Hospitalında uğurlu cərrahiyə əməliyyatları həyata keçirilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ağır miokard infarktı diaqnozu ilə daxil olan xəstə Vasif Xanışova hospitalın ürək-damar mərkəzində təxirəsalınmaz yardım göstərilib. Xəstə hərbi tibb müəssisəsinə təxliyə edildikdən sonra onun üzərində təcili anjioqrafik müayinə və aorta koronar şuntlama əməliyyatı icra olunub. Xəstənin həyati təhlükəsi aradan qaldırılaraq müalicəsi uğurla davam etdirilib və hospitaldan bu gün kafi vəziyyətdə evinə buraxılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, digər bir xəstə Elman Muradzadə isə “hər iki ağciyər arteriyasının ağır (massiv) tomboemboliyası və sol aşağı ətrafın bütün venalarının tamamən trombozu” diaqnozu ilə ağır vəziyyətdə hospitalın ürək-damar mərkəzinə təxliyə olunub.

Xəstəyə ağciyər tromboemboliyasında dünyada ən müasir müalicə üsulu olan gücləndirilmiş ultrasəs dalğaları və selektiv trombolizis proseduru həyata keçirilərək (EKOS) ağciyərdəki və aşağı ətrafdakı tromblar 18 saat ərzində əridilərək uğurlu nəticə əldə edilib.

Müalicəsi uğurla başa çatdırılan E.Muradzadə də kafi vəziyyətdə evinə yazılıb.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında