Heydər Əliyev Fondunun dəstəyi ilə "WORLDMED" klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır

Heydər Əliyev Fondunun dəstəyi ilə "WORLDMED" klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatmışdır. Sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır.
Heydər Əliyev Fondundan bildirmişlər ki, artıq ikinci ildir ki, bu klinikada aztəminatlı ailələrdən olan "dovşandodaq" və "qurd ağzı" diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinədən keçirilmiş, 200 uşaq üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyatlar üz-çənə cərrahı, tibb elmlər doktoru "WORLDMED" klinikasının baş həkimi Əziz Əliyev və ABŞ-ın Smile Train təşkilatının həkimləri tərəfindən həyata keçirilmişdir. İki əməliyyat otağında paralel aparılan cərrahiyyə əməliyyatları gündə 5-7 uşağın fiziki qüsurunu aradan qaldırmağa imkan yaratmışdır. Fondun dəstəyi ilə klinikada gerçəkləşən əməliyyatlar pulsuz aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında