Ümumdünya Səhiyyə Təşkilatı “Ebola” virusunun yayılması ilə əlaqədar təcili toplantı keçirib

 

 

Ümumdünya Səhiyyə Təşkilatı Qərbi Afrikada “Ebola” virusunun yayılması ilə əlaqədar ekspertlərin təcili toplantısını keçirib.

APA -nın BMT-nin Məlumat Mərkəzinə istinadən verdiyi xəbərə görə, toplantıda virusun bütün dünya üçün təhlükə törədib-törətmədiyi məsələsi müzakirə olunub.

Cenevrədə keçirilən 2 günlük iclasın yekununda qəbul olunan sənəddə “Ebola”nın qeydə alındığı bütün ölkələrdə fövqəladə vəziyyət rejimi tətbiq etməyə çağırış əksini tapıb.

Hazırda 4 Afrika ölkəsində müşahidə olunan virus 900-dən çox adamın həyatına son qoyub. Daha 1711 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. Alimlər virusun mənbəyinin qorilla və kiçik bonobo şimpanzeləri olduğunu bildirirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında