Kiyevdə akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəsmi saytının təqdimatı olmuşdur

 

İyulun 31-də Ukrayna paytaxtında akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəzin rəsmi saytının təqdimatı Səhiyyə Nazirliyinin diplomdan sonrakı təhsil üzrə P.L.Şupik adına Milli Tibb Akademiyasının Elmi Şurasının böyük zalında keçirilib.

Tədbirdə Mərkəzin idarə heyətinin, təşkilatın Əlaqələndirmə Şurasının və Elmi Şurasının üzvləri, tibb elmləri, təhsil və səhiyyə sahəsində tanınmış ukraynalı alimlər, Azərbaycan, Ukrayna, Çexiya və Polşa KİV-lərinin nümayəndələri iştirak edib.

Tibb Akademiyasının birinci prorektoru, Ukrayna Milli Tibb Elmləri Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor Yuri Vdoviçenko tədbirə toplaşanları akademik Zərifə Əliyeva adına Beynəlxalq Tibbi Elmi Mərkəz adından təbrik etdi.

Akademik Y.Vdoviçenko Ukrayna ilə Azərbaycan arasında dostluğun sarsılmazlığına dərin inamını bildirərək iki dost ölkə arasında tibb elmləri, səhiyyə və təhsil sahələrində əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd edib. O, Ukraynada görkəmli Azərbaycan alimi , dünya şöhrətli oftalmoloq, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəz yaradılmasının əhəmiyyətini xüsusi vurğulayaraq bu mərkəzlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Y.Vdoviçenko həmçinin Ukrayna Milli Tibb Akademiyasının, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin və müvafiq profilli ali məktəblərdən birinin iştirakı ilə birgə beynəlxalq tibbi-elmi jurnal təsis etməyə tam hazır olduğunu bildirib.

Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, həmvətənimiz, tibb elmləri doktoru, professor Aydın Salmanov AzərTAc-a müsahibəsində bildirib ki, Azərbaycan və Ukaryna alimləri arasında əlaqələndirici rol oynamalı olan bu təşkilat  tibb elmləri, səhiyyə və təhsil sahələrində iki dövlət  arasında bir növ körpü olacaq.

Aydın Salmanovun sözlərinə görə, akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin əsas məqsədi əhalinin sağlamlığının yaxşılaşmasına,  ömrünün uzanmasına və sanitar-epidemioloji salamatlığın təmin olunmasına yönəlmiş Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına kömək etməkdir.

Bu məqsədə nail olmaq üçün müvafiq elmi layihələr hazırlanmasını və həmin layihələrin artıq həyata keçirilməyə başlanmasını bildirən professor A.Salmanov birgə elmi fəaliyyət üçün Ukraynanın yeddi aparıcı elm və təhsil müəssisəsi ilə sazişlər bağlandığını qeyd edib. Daha sonra o bildirib ki, mərkəzin layihələri barədə daha ətraflı məlumat almaq üçün bu qurumun rəsmi saytına (http://zarifacenter.org) müraciət etmək olar.

Professor Aydın Salmanov AzərTAc-a müsahibəsinin sonunda Azərbaycanın və digər ölkələrin alimlərini, biznesmenləri, müvafiq dövlət qurumları və ictimai təşkilatlarını əməkdaşlığa dəvət edib.

Mərkəzlə bu elektron poçt vasitəsi ilə yazışmaq olar: [email protected]

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında