Ukraynada akademik Zərifə Əliyeva adına Beynəlxalq Mükafat təsis edilib

İyulun 21-də Ukraynanın paytaxtında “Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi Mərkəz” təşkilatının Şurasının qərarı ilə tibb elmləri, təhsil və səhiyyə sahəsində xidmətlərə görə dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına illik Beynəlxalq Mükafat təsis edilib.

Şuranın həmin qərarı ilə Akademik Zərifə Əliyeva adına Beynəlxalq Mükafat Komissiyasının 15 nəfərdən ibarət tərkibi təsdiq edilib. Komissiyaya Azərbaycan, Ukrayna, MDB ölkələri, Avropa və Amerikanın tanınmış ictimai xadimləri və tibb elmləri, təhsil və səhiyyə sahəsində dünya şöhrətli alimlər daxildir.

Komissiyanın sədri vəzifəsinə həmvətənimiz, tibb elmləri doktoru, professor, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin baş mütəxəssisi, Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu nəzdində Ukraynanın milli əlaqələndiricisi Aydın Salmanov seçilib.

Qeyd edək ki, Aydın Salmanova Zərifə xanımın rəhbərliyi altında həkimlik peşəsini təkmilləşdirmək xoşbəxtliyi nəsib olub. O, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr edilmiş “Cərrahiyyədə risklərin idarə edilməsi” və “İnfeksion nəzarət standartları” kitablarının müəllifidir.

Professor Aydın Salmanov AzərTAc-a müsahibəsində bildirib ki, Akademik Zərifə Əliyeva adına Beynəlxalq Mükafat fərqli xarakter daşıyır və hər il Azərbaycandan, Ukraynadan və dünyanın digər ölkələrindən olan, təbabətin inkişafına böyük töhfələr vermiş alimlərə, həkimlərə, səhiyyə təşkilatçılarına, habelə ictimai və siyasi xadimlərə təqdim ediləcəkdir. Aydın müəllim vurğulayıb ki, mükafatın təqdim edilməsi mərasimi aprelin 28-də - akademik Zərifə Əliyevanın doğum günündə Bakı və ya Kiyev şəhərində təntənəli şəraitdə keçiriləcəkdir.

A.Salmanov daha sonra bildirib ki, Akademik Zərifə Əliyeva adına Beynəlxalq Mükafatlar yeddi nominasiya üzrə keçiriləcək müsabiqələrin qaliblərinə təqdim ediləcəkdir.

Tibb elmləri, təhsil və səhiyyə sahəsində görkəmli nailiyyətlərə görə mükafata layiq görülmüş şəxslərə “Tibb elmləri, təhsil və səhiyyə sahəsində Akademik Zərifə Əliyeva adına Beynəlxalq Mükafat laureatı” fəxri adı, pul mükafatı, fəxri laureat nişanı və vəsiqə təqdim edilir. Bundan başqa, fəxri laureat nişanına əlavə kimi Akademik Zərifə Əliyeva adına Beynəlxalq Mükafatın frak nişanı veriləcəkdir.

 

Zeynal Ağazadə

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında