Milli Onkologiya Mərkəzinin həkim briqadası Balakən,Zaqatala və Qax rayonlarında müayinələr aparıb

 

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin həkim briqadası iyulun 16-dan 22-dək respublikanın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarında əhali arasında profilaktik baxış məqsədilə müayinələr aparıb.

Müayinələrin məqsədi və nəticələri barədə AzərTAc-ın müxbirinə məlumat verən Səhiyyə Nazirliyinin baş mütəxəssisi, respublikanın baş onkoloqu Azad Kərimli aparılan profilaktik baxışların məqsədli xarakter daşıdığını bildirdi. Diqqətə çatdırdı ki, bu müayinələr xərçəng və xərçəngyönümlü xəstəliklərin vaxtında aşkar olunaraq nəzarətə götürülməsi məqsədilə həyata keçirilir. Müayinələr mərkəzin Mobil Diaqnostika Kompleksinin vasitəsilə 18 nəfərdən ibarət yüksək ixtisaslı həkim briqadası tərəfindən həyata keçirilib.

Baş onkoloq bildirdi ki, iyulun 16-dan davam edən aksiya çərçivəsində Balakən rayonunda 1154, Zaqatalada 1010, Qax rayonunda isə 1385 nəfərdə müayinə aparılıb. Müayinələr zamanı xərçəng xəstəliyi ilə yanaşı, digər xəstəliklərin də aşkar olunduğunu nəzərə çarpdıran Azad Kərimli belə xəstələrin uyğun ixtisaslı həkimlərə yönəldildiyini bildirdi.

Baş onkoloqun bildirdiyinə görə, müayinələr zamanı Balakən rayonunda 76, Zaqatalada 61, Qaxda isə 67 xəstə aşkar olunub. Aşkarlanan xəstəliklərin heç də hamısı xərçəng xəstəliyi ilə bağlı deyildir, yəni ümumi xəstəliklərdir. Müsbət haldır ki, aşkarlanan xəstələr arasında xərçəng xəstəliyinə tutulanlar çox az faiz təşkil edir.

Azad Kərimlinin bildirdiyinə görə, xərçəng xəstəliyinin yerləşməsinə gəldikdə, ümumiyyətlə, bütün dünya üzrə kişilər arasında ağciyər, traxeya, qadınlar arasında isə süd vəzisinin xərçənginə daha çox təsadüf olunur. Ona görə də aksiya zamanı əsas diqqət qadınların müayinəsinə yönəldilib. Belə xəstələrin sayı o qədər də çox olmayıb. Şübhəli bilinən xəstələr əlavə müayinələrin aparılması, müalicə taktikasının seçilməsi üçün Milli Onkologiya Mərkəzinə dəvət ediliblər.

Baş onkoloq 2006-cı ildən mütəmadi olaraq keçirilən bu müayinələrin davamlı olacağını bildirdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında