Səhiyyə naziri Balakən şəhərində vətəndaşları qəbul etmişdir

İyunun 20-də səhiyyə naziri Oqtay Şirəliyev Balakən şəhərində vətəndaşları qəbul etmişdir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, rayon mərkəzi xəstəxanasında keçirilən qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak etmişlər.

Qəbul zamanı sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı ümumilikdə 31 nəfərin müraciəti dinlənilmişdir.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında