Binəqədi rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunmuşdur

Binəqədi rayonunda səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayonun səhiyyə müəssisələrinin rəhbərləri və bir qrup səhiyyə işçisi iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Aygün Əliyeva icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmiş və şərəfli işlərində uğurlar arzulamışdır. Azərbaycanın bir çox sahələrdə olduğu kimi, tibb elminin inkişafında da böyük uğurlara imza atdığını deyən natiq səhiyyəmizin tərəqqisi və bugünkü səviyyəyə çatmasında misilsiz rol oynamış Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa Topçubaşov, Zərifə Əliyeva kimi görkəmli həkimlərimizin peşəkarlığı ilə yanaşı, həm də nəcib keyfiyyətləri və xeyirxahlıqları ilə yaddaşlarda silinməz iz qoyduqlarını vurğulamışdır.

Səhiyyə sahəsinə göstərilən dövlət qayğısına toxunan A. Əliyeva möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişi və təşəbbüsü ilə yeni-yeni tibb müəssisələrinin yaradılmasının, mövcud olanların təmir-bərpasının bu gün səhiyyə işçilərinə öz şərəfli peşələrini layiqincə yerinə yetirmələri üçün geniş imkanlar yaratdığını iştirakçıların diqqətinə çatdırmışdır.

Tədbir Xocəsən Sağlamlıq Mərkəzinin baş həkimi Loğman Əliyev və 3 saylı uşaq dəri-zöhrəvi dispanserinin şöbə müdiri Vüsalə Hüseynovanın çıxışları ilə davam etmişdir. Natiqlər səhiyyə sahəsinə göstərilən hərtərəfli dövlət qayğısından danışmış, belə qayğıkeş münasibətin onların üzərinə daha böyük məsuliyyət qoyduğunu qeyd etmiş və  göstərdiyi  diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

Tədbirin sonunda rayonun bir qrup səhiyyə işçisi peşə bayramı münasibəti ilə rayon icra hakimiyyətinin “Fəxri fərman”ı ilə təltif edilmişlər.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında