Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair yeni strategiya hazırlanır

Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin fəaliyyət istiqamətləri üzrə görüləcək işlər ƏƏSMN-də müzakirə olunmuşdur.

Layihənin məqsədi əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının qabaqcıl Avropa ölkələrinin müvafiq təcrübəsi əsasında təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsidir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, 2014-2016-cı illəri əhatə edən layihə çərçivəsində əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin formalaşdırılmasına ekspert dəstəyi, bu sahədə yeni strategiyaların hazırlanması, müvafiq kadr potensialının artırılması təmin olunacaqdır.

ƏƏSMN-nin mütəxəssislərinin və avropalı ekspertlərin iştirak etdiyi toplantıda Tvinninq layihəsinə  uyğun olaraq, ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın hazırlanmasının nəzəri və texniki məsələləri ətrafında fikir mübadilələri aparılmışdır. Həmçinin əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanması, sosial reabilitasiya metodlarının tətbiqi üçün pilot Əlillərin Bərpa Mərkəzlərinin seçilməsi məsələləri müzakirə edilmişdir. 

Hazırda Tvinninq layihəsinin bir neçə beynəlxalq eksperti nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin mütəxəssisləri ilə birgə yuxarıda qeyd olunan istiqamətlərdə təhlillərin aparılması üzrə işlər görürlər. Ekspert və mütəxəssislər həmçinin həmin layihə ilə bağlı kadr potensialının gücləndirilməsi məqsədilə də müzakirələr aparırlar.

Toplantıda Tvinninq layihəsi çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə azərbaycanlı mütəxəssislərin xarici ölkələrə təlim səfərlərinin təşkili ilə bağlı görüləcək işlər də nəzərdən keçirilmişdir.

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında