Qanvermə aksiyası

SOCAR-AQŞ-nin baş inzibati binasında növbəti qanvermə aksiyası keçirilmişdir. Aksiyanın keçirilməsində məqsəd talassemiyadan əziyyət çəkən uşaqları təhlükəsiz və keyfiyyətli qanla təmin etmək üçün könüllü donor xidmətinin inkişafına dəstək vermək idi.

Bununla yanaşı, 8 may Beynəlxalq Talassemiya Günü kimi dünyada geniş qeyd edilir. Hər iki mühüm təqvimi əsas tutaraq SOCAR-AQŞ növbəti xeyriyyə aksiyasının həyata keçirilməsinə  qərar vermişdir. Müəssisə bu sosial layihəni B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə həyata keçirmişdir. Qeyd edək ki, bu sosial aksiyada müəssisəmizin müxtəlif əməliyyat sahələrində çalışan 50 nəfərdən artıq əməkdaşı fəal iştirak etmişdir. Gələcəkdə biz yerli əhəmiyyətli sosial layihələrə dəstək vermək istiqamətində korporativ məsuliyyət proqramımızı daha da təkmilləşdirməyi planlaşdırırıq.

 

Sənubər NƏZƏROVA,

SOCAR-AQS-nin ictimaiyyətlə əlaqələr üzrə  mütəxəssisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında