Pulsuz müayinə aksiyası son günə qədər davam edəcək

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icra müddətinin başa çatmasına bir gün qalmasına baxmayaraq, Xətai rayonununun tibb müəssisələrində əhalinin müayinəsi öz axarı ilə davam etməkdədir. 

Vəziyyətlə yerində tanış olmaq üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyevanın rəhbərlik etdiyi işçi qrupla birlikdə rayonun 38 saylı şəhər poliklinikasında olduq. Poliklinikanın baş həkimi, ömrünün 40 ilə yaxın bir dövrünü insanların sağlamlığına həsr etmiş  İmamverdi  Rzayev dövlət başçısının bu təşəbbüsünün vətəndaşlarda sağlamlıq mədəniyyəti ənənələrinin formalaşmasında mühüm rol oynayacağını xüsusi qeyd etdi. Baş həkim tapşırığın icrası ilə bağlı məlumat verərək bildirdi ki, hazırda poliklinikada 53 min rayon sakini qeydiyyatdadır. Bu günə qədər sakinlərdən 38 min 774 nəfər müayinədən keçmiş, onlardan 959 nəfər dispanser qeydiyyatına, 97 nəfər stasionar müalicəyə götürülmüş, 88 nəfər müalicə alaraq sağlam vəziyyətdə evə buraxılmışdır.

Tədbir həyata keçirilərkən tibb müəssisələrinin işçilərinə bir məsələ aydın olmuşdur ki, əhalinin böyük əksəriyyəti  öz sağlamlığının qayğısına qalmır və bu da sonradan ciddi problemlərin, fəsadların baş verməsinə səbəb olur.

Tapşırığın icrasına diqqətlə yanaşan Xətai Rayon İcra Hakimiyyəti aparatının həyata keçirdiyi operativ tədbirlər, xüsusilə də müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı, eləcə də rayon ərazisində yaşayan əhali arasında təşkilati-izahat işini aparmaqla tədbirin yüksək mütəşəkkilliklə keçirilməsi barədə səhiyyə müəssisələrinin rəhbərləri qarşısında qoyulmuş  müvafiq tapşırıqlar öz səmərəsini vermişdir.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva əldə olunan nəticələrlə bağlı məlumat verərək bildirmişdir ki, son məlimatlara görə 17 fevraldan  29 aprel 2014-cü il tarixinə rayonun 268 mindən çox sakininin 203 min 803 nəfəri tibbi müayinədən keçirilmiş, bunlardan 20 min 895 nəfər  ambulator müayinəyə, 701 nəfər stasionar müəlicəyə qəbul edilmişdir. Aşkar olunan xəstəliklərdən böyüklər arasında ən çox tənəffüs, həzm, əsəb, diabet kimi xəstəliklər, uşaqlarda isə faringit, anomiya, piylənmə, karies, konyuktivit, odenoid kimi xəstəliklər üstünlük təşkil edir.

Rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri də tibbi müayinədən keçirilmişdir.  J.Abdiyeva sonda onu da əlavə etdi ki, Azərbaycan Prezidentinin əhalinin pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ayrılmış müddətin son gününə qədər davam edəcək.

İlqar RÜSTƏMOV,

Rafiq SALMANOV (foto),

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında