Tanınmış yapon alimi Akio Kanainin rəhbərlik etdiyi optometrist mütəxəssislərdən ibarət heyət Beyləqanda qaçqın və məcburi köçkünləri müayinədən keçirmişdir

 

 Tanınmış yapon alimi, “Fuci Optikal” özəl şirkətinin rəhbəri doktor Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət aprelin 22-dən etibarən Azərbaycanda növbəti humanitar aksiyaya başlamışdır.

AzərTAc xəbər verir ki, aksiya çərçivəsində aprelin 23-də Beyləqan rayonunda məskunlaşmış məcburi köçkünlər üçün növbəti göz müayinələri həyata keçirilmişdir.

 Humanitar aksiya zamanı 400-dən çox məcburi köçkün göz müayinəsindən keçirilmiş və onlara eynəklər paylanılmışdır.

Məcburi köçkünlər xeyriyyə aksiyasını rəğbətlə qarşılamış, sağlamlıqlarına göstərdikləri qayğıya görə doktor Akio Kanaiyə və “Fuci Optika” şirkətinin əməkdaşlarına təşəkkür etmişlər.

Doktor Akio Kanai jurnalistlərə müsabiqəsində bildirmişdir ki, bu, Azərbaycanda həyata keçirilən 10-cu missiyadır. Məqsəd qaçqın və məcburi köçkünləri müayinə edib eynək paylamaqdır. Bu məqsədlə Azərbaycana 4 min eynək gətirilmişdir.  Aprelin 22-də İmişlidə məskunlaşan qaçqın və məcburi köçkünlər müayinədən keçirilmişdir. Növbəti müayinələr Beyləqan şəhərində, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Xocavənd qəsəbəsində və Füzuli rayonunda həyata keçiriləcəkdir. Humanitar aksiya aprelin 28-də Bakı şəhərində qaçqın qadın və gənclər mərkəzində davam etdiriləcəkdir.

Yardım proqramı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Birləşmiş Millətlərin ixtisaslaşmış qurumlarından biri olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyadakı qaçqınların himayəsi sahəsində beynəlxalq müdaxilələrin idarə olunması, əlaqələndirilməsi, həmçinin qaçqınların problemləri üçün davamlı həll yollarının axtarılması vəzifəsini yerinə yetirir.

 BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş məcburi köçkünə, eyni zamanda, digər ölkələrdən olan minlərlə qaçqına və sığınacaq axtaran şəxsə yardım göstərmək üçün 1992-ci ilin dekabrından Azərbaycanda fəaliyyətdədir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında